Fətəli Xan Xoyski pr. ilə Həsənoğlu küç. kəsişməsi, Bakı+994 55 222 46 03[email protected]
Heydər Əliyev
«Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.»
Heydər Əliyev
İlham Əliyev
«Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur.»
İlham Əliyev
Jurnalist Femida«Hüquq və Qanun» jurnalıHüquq ŞirkətiMəsləhət alın
MenyuBağla
Fəxrəddin Ağamirzəyev
Haqqımızda · Təsisçi

Fəxrəddin Ağamirzəyev

«Jurnalist Femida» MMC-nin həmtəsisçisi və direktoru, «Hüquq və Qanun» jurnalının baş redaktoru

Doğulub
19 may 1960, Saatlı rayonu
Təhsil
Jurnalistika, Bakı Dövlət Universiteti (1984)Hüquqşünaslıq, Bakı Dövlət Universiteti (1995)
Fəaliyyət
Hakim, birinci instansiya məhkəmələri (2000–2024)Mətbuatda 1974-cü ildən

Sədaqət andı

Heydər Əliyev dəyərləri müasir dünyamızda nəciblik və əxlaqın, dövlətə və dövlətçiliyə, insana və insanlığa hörmət və məhəbbətin, sədaqətin mənbəyidir.

Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezidentimiz İlham Əliyevin dinamik siyasəti, hüquq və qanunların aliliyi fəaliyyət proqramımız olacaqdır. Bu meyara qarşı olanlar rəqibimiz və hədəfimiz, tərəfdarlar dostumuz və partnyorumuz olacaqdır. Rəqib və hədəf, həmçinin məsləkdaşlıq bu meyarla müəyyənləşəcək.

Fəxrəddin Ağamirzəyev

Tərcümeyi-hal

Ağamirzəyev Fəxrəddin Mansur oğlu

19 may 1960-cı ildə Saatlı rayonunda ziyalı ailəsində anadan olub. S.Vurğun adına 1 nömrəli şəhər orta məktəbi bitirdikdən sonra kolxozçu kimi əmək fəaliyyətinə başlayıb.

1980-ci ildə Saatlı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini, 1980–1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin və Rayon Xalq Deputatları Sovetinin orqanı olan «Dönüş» qəzetində müxbir, «Kənd təsərrüfatı şöbəsi»nin müdiri, «Məktublar və kütləvi iş şöbəsi»nin müdiri vəzifələrində çalışıb. Heydər Əliyevlə silsilə müsahibələrinin 3-cü hissəsi 1990-cı ilin avqust ayının 28-də «Dönüş»də dərc olunandan 2 gün sonra «öz ərizəsi ilə» işdən azad olunub.

1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsini bitirib. 1990-cı ildə Moskva Hüquq İnstitutunun hüquq fakültəsinə daxil olub, 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə dəyişilərək 1995-ci ildə təhsilini başa vurub hüquqşünaslıq ixtisasına yiyələnmişdir.

Sentyabr 1990-cı ildən yanvar 1992-ci ilədək Azərbaycan Gənclər İttifaqı Saatlı Rayon Komitəsinin nəzdində «Oğuz» Gənclik Mərkəzini təşkil edərək mərkəzin direktoru vəzifəsində çalışmışdır. 1992-ci ilin fevral ayından 1993-cü ilin dekabr ayınadək Saatlı rayonu «Bakı» kolxozunun hüquqşünası, 1995-ci ilin iyul ayından 1996-cı ilin mart ayınadək Bakı şəhərində fəaliyyət göstərən «Advakat» Qanunlar Şirkətində vəkil kimi fəaliyyət göstərmişdir.

1996-cı ilin mart ayında Respublikada ilk rəsmi hüquq jurnalı olan aylıq «Qanunçuluq» jurnalının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Prokurorluğunun təsisçiliyi ilə nəşrini təşkil edərək 2000-ci ilin sentyabr ayınadək jurnalın böyük redaktoru vəzifəsində çalışmışdır. (Hazırda həmin jurnal yalnız Ədliyyə Nazirliyinin təsisçiliyi ilə nəşr olunur.)

Həmçinin 1998-ci ildən dörd dildə nəşrə başlayan və respublikamızdan Avropa Şurasının kitabxanasına ilk siyahıya alınmış «Beynəlxalq hüquq» jurnalının təşəbbüsçüsü, yaradıcısı və baş redaktoru olmuşdur.

1982-ci ildən SSRİ Jurnalistlər İttifaqının, SSRİ dağıldıqdan sonra Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1974-cü ildən mətbuatda mütəmadi olaraq çıxış edir.

2012-ci ildə Heydər Əliyevə həsr olunmuş «Dönüşdən Qurtuluşa» adlı kitabı nəşr olunmuşdur.

2000-ci ilin sentyabrından 2024-cü ilin oktyabr ayınadək müxtəlif birinci instansiya məhkəmələrində hakim vəzifəsində çalışmışdır.

Hazırda hüquq və mətbuat xidməti göstərən «Jurnalist Femida» MMC-nin həmtəsisçisi və direktoru, «Hüquq və Qanun» jurnalının baş redaktorudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə «Heydər Əliyevin 100 illiyi (1923–2023)» yubiley medalı ilə təltif edilmişdir.

Hüquqi məsləhətə ehtiyacınız var?

Məsləhət alın
ZəngWhatsAppYazın