Fətəli Xan Xoyski pr. ilə Həsənoğlu küç. kəsişməsi, Bakı+994 55 222 46 03[email protected]
Heydər Əliyev
«Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.»
Heydər Əliyev
İlham Əliyev
«Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur.»
İlham Əliyev
Jurnalist Femida«Hüquq və Qanun» jurnalıHüquq ŞirkətiMəsləhət alın
MenyuBağla
Hüquq-mühafizə

Gəncədə avtomobilin vurduğu 1961-ci il təvəllüdlü piyada xəstəxanada ölüb, cinayət işi açılıb

Gəncədə oktyabrın 16-da Nəriman Nərimanov prospektində avtomobilin vurduğu Ə.Huseynov 7 gün sonra xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı cinayət işi açılıb.

1 dəq oxuMənbə: APA

Gəncədə oktyabrın 16-da Nəriman Nərimanov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan avtomobil yolun qarşı tərəfinə keçməyə çalışan 1961-ci il təvəllüdlü Ə.Huseynovu vurub.

TƏBİB-in APA-ya verdiyi məlumata görə, xəsarət alan kişi 16.10.2026-cı il tarixində saat 23:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan pasiyentə reanimasiya tədbirləri göstərilsə də, 23.10.2026-cı il tarixində saat 18:10 radələrində onun bioloji ölümü qeydə alınıb.

Fakt üzrə cinayət işi açılıb.

Mənbə: APABu xəbər APA materialı əsasında hazırlanıb.
Orijinal xəbəri oxuyun ↗
ZəngWhatsAppYazın