Tovuzda bıçaqlanma hadisəsi: bir nəfərin qətlində şübhəli bilinən 24 yaşlı şəxs saxlanılıb
Tovuzda bir nəfəri öldürməkdə və digərini yaralamaqda şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğu araşdırma aparır.
Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsi nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri, Nizami Qurbanov, hadisə yerində dünyasını dəyişib. 1988-ci il təvəllüdlü Ü. Abdullayev isə bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.
Polisin həyata keçirdiyi tədbirlər nəticəsində Ü. Abdullayevi kəsici-deşici alətlə yaralamaqda və Nizami Qurbanovu öldürməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılıb və istintaqa təhvil verilib.
Hadisə ilə bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.



