Fətəli Xan Xoyski pr. ilə Həsənoğlu küç. kəsişməsi, Bakı+994 55 222 46 03[email protected]
Heydər Əliyev
«Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.»
Heydər Əliyev
İlham Əliyev
«Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur.»
İlham Əliyev
Jurnalist Femida«Hüquq və Qanun» jurnalıHüquq ŞirkətiMəsləhət alın
MenyuBağla
Cəmiyyət

Bərdənin Xanərəb kəndində yol Prezidentin sərəncamı ilə təmir olunur

Uzun illər bərbad vəziyyətdə olan Xanərəb kənd yolunda Prezidentin sərəncamından sonra işlər başlayıb. Sakinlər yaxın vaxtda rahat yola qovuşacaqlarını gözləyirlər.

1 dəq oxuMənbə: Azərbaycan qəzeti

Bərdə rayonunun Xanərəb kəndində illərdir sakinləri narahat edən yolun təmirinə başlanılıb. Bu barədə kənd sakini İlqar Quliyev Azərbaycan qəzetinə ünvanladığı məktubda məlumat verib.

Sakinin sözlərinə görə, rayon mərkəzindən xeyli aralıda yerləşən kəndin yolu uzun müddət yararsız vəziyyətdə olub, əlaqədar qurumlara edilən çoxsaylı müraciətlər isə nəticəsiz qalıb. Problem Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra həllini tapıb.

Hazırda yolda işləri Bərdə Yol İstismar İdarəsi aparır. İ.Quliyevin yazdığına görə, idarənin rəisi İlham Əzimov iş vaxtının böyük hissəsini kənddə keçirərək işlərin gedişinə şəxsən nəzarət edir. Sakinlər işlərin sürətlə getdiyini və yaxın zamanda rahat yola qovuşacaqlarını bildirərək, əməyi olan hər kəsə təşəkkür ediblər.

Mənbə: Azərbaycan qəzetiBu xəbər Azərbaycan qəzeti materialı əsasında hazırlanıb.
Orijinal xəbəri oxuyun ↗
ZəngWhatsAppYazın